

Reuters: NATO-ya üzv ölkələrin müdafiə nazirləri alyansın yeni hibrid strategiyasını təsdiqlədilər.
Brüsseldə keçirilən NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası alyansın yeni hibrid strategiyasının qəbul edilməsi ilə yekunlaşıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Reuters agentliyinə danışıqlarda iştirak edən iki Avropa diplomatı məlumat verib.
“Müdafiə nazirləri cümə axşamı Brüsseldə toplanaraq alyansın yeni hibrid strategiyasını təsdiqlədilər,” – məlumatda bildirilir.
Bundan əvvəl Almaniyanın Frankfurter Allgemeine Zeitung qəzeti NATO ölkələrinin soyuq müharibədən bəri görünməmiş silahlanma səviyyəsinə çatmaq üçün addımlar atdığını yazmışdı. Nəşrin iddiasına görə, bu addımlar Rusiyadan gələn ehtimal edilən təhdidə cavab olaraq atılıb.
3 iyun tarixində Bloomberg agentliyi yazmışdı ki, NATO Rusiyadan gələn ehtimal olunan təhdidə görə Avropa ölkələrindən hava hücumundan müdafiə sistemlərinə ayrılan vəsaitləri beş dəfə artırmağı tələb edir.
ABŞ prezidenti vəzifəsinə başlamazdan əvvəl Donald Tramp NATO-ya üzv ölkələrə hərbi xərcləri ÜDM-in 5%-ə qədər artırmaq tələbini səsləndirmiş, alyansın hazırkı 2%-lik maliyyələşmə səviyyəsində öhdəliklərini yerinə yetirə bilməyəcəyini vurğulamışdı.
Məryəm Quliyeva