

Rusiya Mərkəzi Bankı ölkənin xarici ticarət ödəmələr balansına dair məlumatı açıqlayıb. Müvafiq olaraq ilin ilk dörd ayında ölkənin idxalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə yüzdə 1,8 artaraq 85,8 milyard dollara, ixrac isə 5,9 faiz azalaraq 128,2 milyard dollara çatıb. Belə ki, Rusiyanın sözügedən dövrdə xarici ticarət profisiti ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 faiz azalaraq 42,4 milyard dollara düşüb.
Sözügedən dövrdə Rusiyanın xarici ticarət həcmi də 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz azalaraq 214 milyard dollara düşüb.
Bildirək ki, ölkənin xarici ticarət profisiti 2024-cü ildə əvvəlki ilə nisbətən 0,82 faiz artaraq 122,6 milyard dollara çatmışdı.