SEPAH Hörmüz boğazındakı internet kabellərinin hədəfə alına biləcəyi ilə hədələyib Dünya

SEPAH Hörmüz boğazındakı internet kabellərinin hədəfə alına biləcəyi ilə hədələyib

Hörmüz boğazından keçən sualtı məlumat ötürülməsi kabelləri İranın növbəti hədəfləri ola bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə xəbərdarlıqla İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit birləşmələri) nümayəndəsi çıxış edib.

"Biz müharibə ehtimalını istisna etmirik və bu dəfə cavabımız kəskin şəkildə daha sərt olacaq. Bu dəfə Amerikanı ciddi problemlər gözləyir, dünya isə ağır energetika böhranı ilə üzləşəcək", - deyə onun sözlərini "Fars" agentliyi sitat gətirir. SEPAH nümayəndəsi vurğulayıb ki, "müharibənin yeni mərhələsində yeni silah növləri təqdim olunacaq və yeni hədəflər müəyyən ediləcək". "Hörmüz boğazından qlobal internetin fəaliyyətinin və kommersiya məlumatlarının ötürülməsinin asılı olduğu yeddi böyük kabel çəkilib: bunu düşmənə xatırladırıq", - deyə o bildirib.

Məryəm Quliyeva