Tramp bildirib ki, ABŞ İranla münaqişədən dərhal çıxa bilər Dünya

Tramp bildirib ki, ABŞ İranla münaqişədən dərhal çıxa bilər

ABŞ Prezidenti Donald Tramp Kanzas ştatında tərəfdarları qarşısında çıxışı zamanı Birləşmiş Ştatların İranla hərbi əməliyyatları dərhal başa çatdıra biləcəyini bəyan edib.

Xalqcebhesi.az xəbər verir ki, o, bunu İslam Respublikasının nüvə silahı əldə etmək imkanından məhrum olunması ilə əsaslandırıb.

"Onların nüvə silahı ola bilməz və olmayacaq da. Kimsə dedi ki, "Siz elə indi çıxa bilərsiniz". Və bu həqiqətdir. Biz elə indi çıxa bilərik. Onların nüvə silahı olmayacaq; möhtəşəm B-2 bombardmançı təyyarələri keçən ilin iyununda buraya yaxın bazadan havalanaraq bütün bombaları atdılar", - deyə Tramp bildirib.

Məryəm Quliyeva