ABŞ Ukraynaya "Patriot" raketlərinin tədarükünü təsdiqləməyib Dünya

ABŞ Ukraynaya "Patriot" raketlərinin tədarükünü təsdiqləməyib

ABŞ administrasiyası "Patriot" zenit-raket kompleksləri (ZRK) üçün raket-ələkeçiricilərin Ukraynaya tədarükünü təsdiqləməyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Pentaqon rəhbəri Pit Heqset başqa ölkələrdən Ukraynaya ZRK üçün mərmilərin verilməsini hələ də təsdiqləməyib. Müdafiə naziri bu tədarükləri bloklamasa da, onların təsdiqlənməsi üçün lazım olan prosedurları da yekunlaşdırmayıb. Hərbi sursatlar ABŞ-də istehsal olunduğundan və müqaviləyə əsasən üçüncü ölkələrə ötürülməsi Vaşinqtonun icazəsini tələb etdiyindən bu addım zəruridir.

Keçən həftə "CNN" telekanalı Ukraynanın "Patriot" raket ehtiyatlarının tükəndiyi barədə məlumat yaymışdı.

Məryəm Quliyeva