Uitkoff və Kuşner Norveçdə Zelenski ilə danışıqlar apara bilərlər Dünya

Uitkoff və Kuşner Norveçdə Zelenski ilə danışıqlar apara bilərlər

Yaxın vaxtlarda Norveçin paytaxtında ABŞ və Ukrayna rəsmiləri arasında danışıqlar keçirilə bilər, bundan sonra ABŞ prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Moskvaya danışıqlara gedə bilərlər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

"(Ukrayna Prezidenti Volodimir) Zelenski (ABŞ) senatorlarına bildirib ki, o, gələn həftə Osloda olacaq və çərşənbə axşamı və ya çərşənbə günü Uitkoff və Kuşnerlə görüşə bilər", - deyə portal yazır.

"Axios"un məlumatlı mənbəyinin sözlərinə görə, Ukrayna rəsmiləri ilə görüşdən sonra Kuşner və Uitkoff Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Oslodan Moskvaya yola düşə bilərlər.

Məryəm Quliyeva