19 Oktyabr 16:20
19 Oktyabr 13:34
08:18
441
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ballistik raketlərinə qarşı müdafiə olunmaq üçün ölkəsinə 30 gün müddətinə Amerikanın "Patriot" raketəleyhinə kompleksi ələkeçiricilərinin verilməsi müqabilində Rusiya neft emalı zavodlarına (NEZ) zərbələri 30 gün müddətinə dayandırmağı təklif edib.
Xalqcebhesi.az "Axios"a istinadən xəbər verir ki, Ukrayna dövlət başçısı bu təklifi bazar günü Donald Trampın xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoffla telefon danışığı zamanı səsləndirib. Lakin Trampın nümayəndələri bu təşəbbüsə zəif maraq göstəriblər.
Məryəm Quliyeva