19 Oktyabr 16:20
19 Oktyabr 13:34
08:11
469
ABŞ NATO-dakı müttəfiqlərinin İranla münaqişədə onlara kömək etməkdən imtina etməsini heç vaxt unutmayacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp bəyan edib.
"Biz İranla bağlı yardım istədik - əslində bu köməyə ehtiyacımız yox idi, lakin NATO-ya bu qədər pul xərclədiyimiz üçün müttəfiqləri yoxlamaq və onların kömək edib-etməyəcəyini bilmək istəyirdim. Biz kömək istədik, lakin onlar kömək etməyə hazır olmadılar. Biz belə bir şeyi heç vaxt unuda bilmərik. Biz onları qorumaq üçün NATO-ya ildə milyardlarla dollar xərcləyirik, lakin biz "Kömək etmək istərdinizmi?" dedikdə, onlar "Xeyr, sağ olun" cavabını verdilər", - deyə Tramp Kanzas ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib.
Vaşinqton bundan əvvəl də İslam Respublikasına qarşı münaqişə zamanı NATO-dakı Avropa müttəfiqlərinin mövqeyini dəfələrlə tənqid etmişdi.
Məryəm Quliyeva