Ərdoğan-Paşinyan görüşü yekunlaşıb, müzakirə olunan məsələlər açıqlanıb - YENİLƏNİB Dünya

Ərdoğan-Paşinyan görüşü yekunlaşıb, müzakirə olunan məsələlər açıqlanıb - YENİLƏNİB

Ermənistanın baş naziri Nikol Paşinyan İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli əlaqələrin normallaşmasını müzakirə edib.

“Report” xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.

Onun sözlərinə görə, tərəflər həmçinin regional inkişafları və davamlı dialoqun əhəmiyyətini müzakirə ediblər.

Qeyd edək ki, tərəflər arasında görüş yekunlaşıb.

20:06

İstanbul şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

“Report” xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

İki liderin məhdud tərkibdə görüşü Dolmabağça sarayında keçirilir.

Qeyd edək ki, bu gün N.Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu ölkəyə ilk işgüzar səfərə gedib.

Paşinyanı səfərdə XİN rəhbəri Ararat Mirzoyan, XİN rəhbərinin müavini Vahan Kostanyan, parlamentin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir.