Ağ Ev İrana zərbələrlə bağlı məlumatları sızdıran şəxsi həbs etmək niyyətindədir Dünya

Ağ Ev İrana zərbələrlə bağlı məlumatları sızdıran şəxsi həbs etmək niyyətindədir

Vaşinqton hesab edir ki, ABŞ-ın İrana endirdiyi zərbələrin nəticələrinə dair ABŞ kəşfiyyatının ilkin məlumatlarını CNN telekanalına açıqlayan şəxs həbs edilməlidir.

Bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.

"CNN-in yaydığı xəbər saxta idi. CNN-in jurnalistləri sızdırılmış çox məxfi kəşfiyyat hesabatından çıxarışlar götürüblər. FTB məlumatı kimin sızdırdığını tapmaq üçün araşdırma aparır. Bu, qeyri-qanuni sızmadır", - Livitt əlavə edib.