

Türkiyənin kosmosa buraxılan peyklərindən Kənd Təsərrüfatı və Meşə Nazirliyi də öz fəaliyyət sahələrində yararlana bilməlidir. Bununla bağlı koordinasiya təmin edilməlidir.
Təsisinə 1990-cı illərin sonlarında başlanıb və 2001-ci ildə tamamlanan Türkiyə Kənd Təsərrüfatı Nazirliyi coğrafi bilgi sistemlərini süni intellektdən istifadə etməklə inkişaf etdirib onlardan meşə yanğınlarını izləmək və qarşısının alınması üçün qismən istifadə oluna bilər.
Meşələrimizdə kifayət qədər gözətçi qüllələri qurulmalıdır. Ciddi nəzarət vacibdir.
Küləşin yanmasının qarşısını almaq üçün küləşdən çıxan tullantılar fermerlərdən toplanaraq tullantıların təkrar emalı müəssisələrinə daşınmalıdır. Bununla da tullantıların yandırılmasının qarşısı alınır və tullantılar israf olunmur.
Enerji verilişi xətləri yenilənməli və hamısı yerin altına alınmalıdır.
Gəzinti yerləri və arxeoloji sahələri tam nəzarətə götürülməlidir.
Yanmış meşələrin olduğu ərazilərin və onun yaxın ətrafının başqa məqsədlər üçün istifadəsinə qətiyyən icazə verilməməlidir. Yanmış meşə sahələri yenidən ağaclandırılmalıdır.
Meşə yanğınlarına səbəb olma ilə əlaqəli sanksiyalar çəkindirici şəkildə tətbiq edilməlidir.
Prof. Dr. Seyit AYDIN