Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
30 İyun 2025 12:19
2 310
ABŞ-ın Aydaho ştatında meşə yanğına müdaxilə edən yanğınsöndürənlər kəskin nişançının hücumuna məruz qalıb. Hücum nəticəsində 2 itfaiyeci həlak olub, 1 nəfər ağır yaralanıb.
Xalqcebhesi.az xəbər verir ki, rəsmilər, yanğının qəsdən törədildiyini və yanğınsöndürənləri hədəf almaq üçün pusqu qurulduğunu bildirir. Kootenai County şerifi hadisəni “planlı və məqsədli bir hücum” adlandırıb.
Silahlı hücum edən şəxs, hadisə yerinə yaxın meşəlik ərazidə silahı ilə birlikdə ölü tapılıb. Yanğın bölgədə hələ də nəzarət altına alınmağa çalışılır.
Hadisə ilə bağlı FBI istintaqa başlayıb.
Məryəm Quliyeva