25 İyul 17:20
Netanyahu Beynəlxalq Cinayət Məhkəməsini korrupsiyada ittiham etdi
“Çayların məcraları təmizlənmədiyindən sel təhlükəsi yaranır”-QHT Şəkidə dəyirmi masa keçirib
İran Ukraynanı Xəzər dənizində ticarət gəmisinə hücumda ittiham edib
Fransa və İspaniyada meşə yanğınları səbəbindən 250 mindən çox insan təxliyə olundu
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
13 İyul 2025 18:43
3 521
ABŞ-lı milyarder Elon Muskın sahibi olduğu SpaceX şirkəti, İsrailin “Dror 1” adlı rabitə peykini kosmosa göndərib. Məlumata görə, “Dror 1” peyki İsrailin təhlükəsizlik qurumlarına rabitə xidməti göstərmək məqsədilə istifadə olunacaq.
Xalqcebhesi.az İsrailin dövlət televiziyası KAN-a istinadən xəbər verir ki, İsrail Hava və Kosmik Sənayesi (IAI) tərəfindən hazırlanmış bu peyk 15 il müddətində fəaliyyət göstərəcək.
“Dror 1” peykinin ABŞ-ın Cape Canaveral hərbi bazasından SpaceX-ə məxsus Falcon 9 raketi ilə bu səhər saatlarında orbitə buraxıldığı bildirilib.
Xəbərdə qeyd olunur ki, bu peyk İsrailin rabitə sahəsində özəl şirkətlərin infrastrukturuna olan asılılığını aradan qaldıracaq.
İsraildə yayımlanan iqtisadiyyat qəzetlərindən olan "Globes" isə xəbər verir ki, hökumətin sifarişi əsasında hazırlanmış “Dror 1” peykinin maliyəti 200 milyon ABŞ dollarıdır.
Xatırladaq ki, İsrail daha əvvəl 2016-cı ildə də SpaceX ilə əməkdaşlıq çərçivəsində “Amos 6” rabitə peykini kosmosa göndərmək istəmiş, lakin Falcon 9 raketi buraxılış zamanı partladığı üçün bu cəhd uğursuz olmuşdu.
Məryəm Quliyeva