ABŞ regionun geosiyasi konfiqurasiyasını xeyrinə dəyişdirməyə çalışır Dünya

ABŞ regionun geosiyasi konfiqurasiyasını xeyrinə dəyişdirməyə çalışır

Zəngəzur dəhlizinin ABŞ tərəfindən 100 il müddətinə icarəyə göturülməsi ilə bağlı ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak tərəfindən səsləndirilmiş təklif Birləşmiş Ştatların regionun geosiyasi konfiqurasiyasının məhz ABŞ-ın xeyrinə dəyişdirilməsi uğrunda illərdir apardıqları mübarizənin mahiyyətindən irəli gəlir və onun tərkib hissəsini təşkil edir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Elşən Manafov deyib.

O, qeyd edib ki, Tramp administrasiyası 32 km ərazidə Azərbaycan və Ermənistanın ortaq məxrəcə gələ bilməməsini regional təhlükəsizliyi və bölgədə stabilliyi təhdid edən mövqe kimi dəyərləndirir və məhz gərginliyin aradan qaldırılması, bölgədə nəqliyyat kommunikasiya xətlərinin açılmasını ləngidən bu problemin həllini sürətləndirmək məqsədi ilə belə bir təkliflə çıxış etməsinə
bəraət vermək istəyir:

"Təbii ki, bu ilk baxışda belədir, gerçəkdə isə ABŞ Orta dəhlizə nəzarət uğrunda uzun müddətdir gedən mubarizəni öz xeyrinə həll etmək üçün münasib vaxtın yetişdiyinin mahiyyətinə varır.
Bəllidir ki, 2020-ci ildə Moskvada Azərbaycan və Ermənistan arasında əldə edilmiş sazişin mətnində Zəngəzur dəhlizinin açılacağı təqdirdə buraya Rusiya Federasiyası Sərhəd qoşunlarının nəzarət edə biləcəyi ilə baglı razılıqlar var idi. Hazırda, Rusiyanın Cənubi Qafqaz ölkələri ilə münasibətləri gərgin bir mərhələyə daxil olub, Paşinyanın Ermənistanda hakimiyyətə gəldiyi andan bu münasibətlərdə gərginlik Qərbin regionla bağlı geosiyasi maraqlarına uygun olaraq artırdı, Azərbaycana gəlincə onunla strateji muttəfiqlik münasibətlərinin olmasına baxmayaraq, son vaxtlar bəlli hadisələrə görə bu münasibətlər də, böhran dövrünü yaşayır, beləliklə, Rusiyanın bəlli region dövlətləri ilə münasibətlərində Qərbin səyləri ilə yüksəlmiş gərginlik onun region ətrafında bəlli proseslərə diplomatik çərçivədə müdaxilə imkanlarını məhdudlaşdırıb.

Zəngəzur dəhlizi ətrafında danışıqlara özünün fərqli mövqeyi olan İranın isə hazırda İsrail və ABŞ la münasibətlərində olan gərginlik, İsrail tərəfindən növbəti həmlə ehtimalları onun diqqətini daha çox bu məsələlərə yönəltməsinə səbəb olub.

Türkiyə isə ABŞ-ın bu təklifini dəstəkləyir, hərçənd Ermənistanın Sunik vilayətinin ərazisindən də alternativ yolun istifadəyə verilməsinin əleyhinə deyil. Ərdoğanın təbirincə bu nəinki geosiyasi, hətta geoiqtisadi inqilabın təməli olmaqla Türkiyədən Qafqaz, daha sonra Mərkəzi Asiya ölkələrinə yukdaşınmalarının sürətlənməsinə ,rəsmi Ankaranın adıçəkilən regionlarda nüfuz dairəsinin genişlənməsinə şərait yarada bilər.

Avropa Birliyi də, Paşinyanın bu təkliflərini bəyənir.
Azərbaycan fərqli mövqedədir, zira bizə Naxçıvanla quru vasitəsilə munasibətlərin məhduduyyətsiz və maneəsiz bərpası lazımdlr. Bundan əlavə rəsmi Bakı Ermənistanla sulh müqaviləsinin imzalanması üçün ATƏT-in Minsk Qrupunun buraxılmasını, Ermənistanın əsas qanununun preambulasına dəyişikliklərin edilməsini tələb edir. Paşinyan isə bunun üçün gələn il keçiriləcək referenduma qədər gözləməyi təklif edir ,hərçənd Zəngəzur ətrafında razılıqlara sülh müqaviləsinin imzalanmasından sonra da gəlmək olar".

O, bildirib ki, Ermənistana görə ABŞ-ın təklifi Ermənistanın qüvvədə olan qanunvericiliyi baxımından mümkün deyil. Paşinyanın mətbuat katibi N.Baqdasaryan qanunvericiliyə görə Ermənistanda yalnlz kənd təsərrufatı ilə bağlı torpaqlar icarəyə verilə bilər, dəhlizlərlə bağlı belə bir hüquqi proçedur nəzərdə tutulmayıb. Digər tərəfdən Paşinyan problemi Ermənistanın suverenliyi və ərazi butövluyu çərçivəsində tənzimlənməsinin tərəfdarı olduğunu bildirib. Gerçəkdə isə o bu məsələdə guzəştə gedəcəyi təqdirdə Ermənistan müxalifəti və kilsəsi tərəfindən xəyanətdə suçlanacağından ehtiyat edir, bu isə seçkilərdə onun məğlubiyyətini qaçılmaz edə bilər. Belə ki, ABŞ-a məxsus sorğu mərkəzlərləinin Ermənistanda respodentlər arasında apardığı sosioloji sorğular göstərir ki, Ermənistan gənclərinin artıq 75% ona etibar etmir, hər şey Paşinyanın gələn ilki seçkilərə qədər kilsə və müxalifət liderlərini zərərsızləşdirə biləcəyi ilə bağlı amillərdən, habelə ABŞ-ın Paşinyan hakimiyyətinin təhlükəsizliyi ücün verə biləcəyi inandırıcı vədlər və təminatlardan asılı olacaq".

Cavid