1 Aprel 23:50
1 Aprel 23:38
1 Aprel 23:24
4 Dekabr 2025 12:30
2 513
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Şarl Peronun məşhur “Yatmış gözəl” nağılının motivləri əsasında rejissor Anar Babalının səhnələşdirdiyi “Yatmış gözəl və cırtdanlar” tamaşası oynanılıb. Balaca teatrsevərlərin hər zaman maraqla izlədiyi tamaşanın budəfəki qonaqları arasında həssas əhali qruplarından olan uşaq evinin sakinləri də olub. Onlar rəngarəng səhnə tərtibatlı, əyləncə dolu səhnə əsərini böyük maraqla qarşılayıb və xoş təəssüratını bildiriblər.
Bu barədə AZƏRTAC-a teatrdan məlumat verilib.
Bildirilib ki, uşaq evinin loqopedi Tahirə Məmmədova xoşbəxt sonluqla bitən nağıl-tamaşanın uşaqların dünyagörüşünə, əhval-ruhiyyəsinə müsbət təsir etdiyini vurğulayıb.
Belə görüşlər Musiqili Teatrın növbəti sosial layihələrindən biridir və davamlı şəkildə həyata keçiriləcək.
31 Mart 17:58
1 596
31 Mart 12:38
1 708
31 Mart 11:43
1 652