“Əlavə qaz ixracı mümkünsüzdür” — ekspert
11 Dekabr 23:02
11 Dekabr 23:02
11 Dekabr 22:51
11 Dekabr 22:44
11 Dekabr 22:36
25 İyul 08:27
1 967
Əsas şəbəkənin işini təmin edən əsas daxili proqram xidmətlərinin nasazlığı səbəbindən 60 mindən çox Starlink peyk internet terminalı fəaliyyətini dayandırıb.
Downdetector xidmətinin məlumatına görə, ilk şikayətlər Moskva vaxtı ilə axşam saat 22:00 radələrində gəlməyə başlayıb. Bütün dünyada istifadəçilər genişzolaqlı internetsiz qaldılar. Yerli "Strana" nəşri xəbər verir ki, Ukraynadakı Starlink terminalları da fəaliyyətini dayandırıb.
Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi bütün cəbhə xəttində problemlərin yarandığını təsdiqləyib. Xatırladaq ki, Starlink Ukrayna hərbçiləri tərəfindən rabitə, pilotsuz uçan aparatlara nəzarət və digər vəzifələr üçün fəal şəkildə istifadə olunur.
Cavid
11 Dekabr 22:53
749
11 Dekabr 21:41
910
11 Dekabr 20:48
1 064