Britaniya Nazirlər Kabineti Qəzza üçün fövqəladə iclas keçirəcək Dünya

Britaniya Nazirlər Kabineti Qəzza üçün fövqəladə iclas keçirəcək

Böyük Britaniyanın baş naziri Keir Starmerin Qəzzada yaranmış vəziyyəti müzakirə etmək üçün bu həftə yay tətilində olan kabinetinin fövqəladə iclasını çağıracağı bildirilir.

Yerli mətbuatda yer alan xəbərlərə görə, Baş nazirlik mənbələri Starmerin bu həftə kabinet iclası keçirəcəyini və sentyabrın 1-ə qədər yay tətilində olan nazirlərin Qəzza böhranını müzakirə etmək üçün bir araya gələcəklərini söyləyib.

Baş nazirlik mənbələri qeyd edib ki, Starmer Fələstin dövlətinin tanınması üçün artan təzyiqlər fonunda kabineti ilə Qəzzadakı vəziyyəti müzakirə edəcək.

Mənbələr həmçinin bildiriblər ki, Britaniya hökuməti Yaxın Şərqdəki vəziyyətin həllinə kömək etmək üçün yaxın günlərdə atacağı addımları müəyyən edəcək.

Baş nazir Starmerin bu gün Şotlandiyada ABŞ prezidenti Donald Trampla görüşündə Qəzzadakı vəziyyəti qaldıracağı gözlənilir.