Hindistan və Braziliya Trampın təhdidlərinə boyun əyməyəcəklər Dünya

Hindistan və Braziliya Trampın təhdidlərinə boyun əyməyəcəklər

Hindistan və Braziliya Rusiyadan enerji tədarükündə maraqlıdırlar və onlardan Rusiya neftinin alınmasını dayandırmağı tələb edən ABŞ prezidenti Donald Trampın təhdidlərinə boyun əyməyəcəklər.

Bu barədə “Global Times” qəzeti çinli ekspertlərin rəyinə istinadən yazır.

"Trampın tarifləri müxtəlif ölkələrə ağır zərbə vurub. Passiv şəkildə ölümü gözləmək əvəzinə, öz mövqeyində dayanmaq və bununla da itkiləri yumşaltmaq daha yaxşıdır”, - Çin Sosial Elmlər Akademiyasının politoloqu Lu Xiang bildirib.

Ekspert vurğulayıb ki, hər bir dövlət öz qanuni maraqlarını müdafiə etmək hüququna malikdir və Braziliya və Hindistan “bu prinsipə uyğun hərəkət edir”. Onun sözlərinə görə, bu, onların "müstəqil xarici siyasətə sadiqliyini" əks etdirir. Lu Xiang hesab edir ki, Tramp administrasiyası tariflərə “hər şeyin müalicəsi” kimi baxır, lakin “reallıq bunun əksini göstərir”.

Onun həmkarı Sin Fen deyib ki, Hindistan, ABŞ-ın təzyiqlərinə baxmayaraq, Rusiyadan neft almağı dayandırmayacaq. O xatırladıb ki, Hindistan tərəfi neft qıtlığı yaşayır və Rusiyanın enerji resursları uğurlu inkişaf üçün təminatlar yaradaraq “iqtisadi səmərəlilik və yüksək keyfiyyət kimi üstünlüklərə malikdir.

Cavid