

19 Avqust 19:07
19 Avqust 18:59
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
ABŞ prezidenti Donald Trampın bəyanatlarının şoku Yaponiyanı nüvə silahı üzərində düşünməyə vadar edir, çünki o, ABŞ-ın müqavilələrə uyğun olaraq onu qoruya biləcəyinə şübhə etməyə başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
“Tramp o qədər gözlənilməzdir ki, bəlkə də bu, onun gücüdür, amma məncə, biz həmişə B planı haqqında düşünməliyik”, - Yaponiyanın keçmiş müdafiə naziri Rui Matsukava deyib.
Onun sözlərinə görə, bu plana Vaşinqtonun təhlükəsizlik zəmanətlərindən “müstəqillik əldə etmək”, sonra isə nüvə silahı yaratmaq daxildir.
Agentliyin məlumatına görə, sorğular Yaponiya əhalisinin 75 faizə qədərinin belə bir addımı dəstəklədiyini göstərir. Bundan əlavə, bir çox yapon qanunvericiləri, hökumət rəsmiləri və keçmiş yüksək rütbəli hərbi məmurlar Yaponiyanın 1967-ci ildə nüvə silahı istehsal etməmək və ya ona malik olmamaq öhdəliyini zəiflətmək istəyinin artdığını göstərir.
Məryəm Quliyeva