

Rusiya Prezidenti Vladimir Putin bu ilin sonuna qədər Hindistana səfər edəcək və səfər üçün hazırlıqlar artıq aparılır.
Xalqcebhesi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Hindistana səfər tarixləri var, doğrudan da, biz hazırlaşırıq. Bu səfər Yeni ildən əvvəl baş tutacaq, aktiv hazırlıqlar gedir."
Onun sözlərinə görə, Rusiya və Hindistan nümayəndə heyətləri arasında danışıqlar məzmunlu olacaq. Kreml nümayəndəsi Moskva və Nyu-Dehli arasındakı əlaqələri dostluq və strateji baxımdan vacib adlandırıb.
NDTV kanalının məlumatına görə, Putin Hindistana 5-6 dekabr tarixində səfər edəcək.
Məryəm Quliyeva