Türkiyə Trampın Rusiyadan neft alımını dayandırmaq tələbinə cavab verib Gündəm

Türkiyə Trampın Rusiyadan neft alımını dayandırmaq tələbinə cavab verib

ABŞ-ın tələbləri qarşısında Rusiya neftinin alınması ilə bağlı qərarları Türkiyənin özəl şirkətləri verməlidir.

Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar CNN Türk telekanalına müsahibəsində deyib.

"Bu günə qədər özəl sektor bu məsələlərə dair qərarları özü qəbul edib. Çünki bu, kommersiya qərarlarıdır", - Bayraktar vurğulayıb.
O, həmçinin qeyd edib ki, dövlət şirkətlərə enerji resurslarını haradan alacağını diktə etmir və bu yanaşmanı dəyişməyi planlaşdırmır.
Bayraktar, Türkiyənin Rusiyadan qaz alımını dayandırmaq niyyətində olmadığını da bildirib.

Məryəm Quliyeva