KİV: Türkiyənin gömrük sistemində Ermənistanın rəsmi kodu tətbiq edilib
Hərbi Prokurorluq: Qeyri-hərbi cinayətlərin sayı 4,9 faiz azalıb
CENTCOM: İranın hücumları zamanı ABŞ hərbçiləri arasında itki olmayıb
FHN yanında İctimai şuranın üzvləri Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində olublar
Azərbaycanda “Birliyin Gücü – 2026” hərbi təlimi keçiriləcək
3 Oktyabr 2025 22:26
3 472
Ağ Evin İdarəetmə və Büdcə İdarəsi Çikaqo (İllinoys ştatı) metrosunun genişləndirilməsi üzrə 2,1 milyard dollarlıq layihələri dondurub.
APA xəbər verir ki, bu barədə İdarəetmə və Büdcə İdarəsinin rəhbəri Rassel Vout məlumat verib.
Onun sözlərinə görə, buna səbəb podratçıların irqlərinə görə seçilməsi olub.
“Çikaqodakı 2,1 milyard dollar dəyərində infrastruktur layihələri — xüsusilə Qırmızı xəttin genişləndirilməsi və Qırmızı və Bənövşəyi xətlərin modernləşdirilməsi layihəsi — maliyyələşdirmənin irqi mənsubiyyətə əsaslanan müqavilələr vasitəsilə yönəldilməməsini təmin etmək məqsədilə dayandırılıb”, - deyib.
Qeyd edək ki, prezident Donald Trampın administrasiyası ona qarşı olan Demokratlar Partiyası üçün prioritet olan layihələrdən imtina etmək niyyətini əvvəllər dəfələrlə bəyan edib.