
Tramp HƏMAS-a üç gün vaxt verib
3 Oktyabr 18:39
3 Oktyabr 18:39
3 Oktyabr 16:01
İsrail hökuməti ABŞ prezidenti Donald Trampın sülh planını həyata keçirmək üçün döyüşən tərəflərin razılığından sonra orduya Qəzza şəhərinin nəzarətə götürülməsi əməliyyatını dayandırmağı və Zolaqdakı fəaliyyətini minimuma endirməyi tapşırıb.
APA xəbər verir ki, bu barədə İsrail ordusunun radiosu “Qalei Tzahal” məlumat yayıb.
"Vəziyyətin qiymətləndirilməsindən və ABŞ nümayəndələri ilə müzakirələrdən sonra rəhbərlik İsrail Müdafiə Qüvvələrinə (IDF) Qəzzadakı fəaliyyətini minimuma endirməyi və Zolaqda yalnız müdafiə əməliyyatları keçirməyi tapşırıb", - radiostansiya bildirib.