
Tramp HƏMAS-a üç gün vaxt verib
3 Oktyabr 18:39
3 Oktyabr 18:39
3 Oktyabr 16:01
ABŞ Xəzinədarlığı prezident Donald Trampın təsviri olan 1 dollarlıq yeni kolleksiya sikkələri buraxmağı düşünür.
APA xəbər verir ki, bu barədə “Fox Business” məlumat yayıb.
Bildirilib ki, bu addım ABŞ-ın yaranmasının 250-ci ildönümünün qeyd olunması çərçivəsində planlaşdırılıb.
Dizayna görə, sikkədə ABŞ bayrağı fonunda qaldırılmış yumruqla Donald Tramp təsvir oluna bilər.
Bu şəkil 2024-cü ildə ona qarşı sui-qəsd cəhdindən sonra çəkilmiş bir fotoşəkildən ilhamlanaraq hazırlanıb.
Qeyd edək ki, xatirə sikkələrinin buraxılması ABŞ-da çoxdan davam edən bir ənənədir. Tarixdə ən məşhur sikkə 1986-cı ildə buraxılmış və təxminən 15,5 milyon nüsxə satılan Azadlıq Heykəli sikkəsi olub. Corc Vaşinqtonun 250 illik yubileyi, 1984-cü ildə Los-Ancelesdə keçirilən Yay Olimpiya Oyunları və ABŞ Konstitusiyasının iki yüz illiyi ilə bağlı sikkələr uğurlu hesab olunan sikkələrdir.