Fransada yeni hökumətə qarşı etimadsızlıq səsverməsinə hazırlaşırlar Dünya

Fransada yeni hökumətə qarşı etimadsızlıq səsverməsinə hazırlaşırlar

Fransada ultra-sağçı "Milli Birlik" və ultra-solçu "Ram edilməmiş Fransa" Sebastyan Lekornunun başçılığı ilə qurulan yeni hökumətə qarşı etimadsızlıq səsverməsi keçirmək niyyətində olduqlarını açıqlayıblar.

APA xəbər verir ki, bu barədə "Ram edilməmiş Fransa"dan deputat Matilda Pano məlumat verib və yeni nazirlərə "əşyalarını açmamağı" tövsiyə edib.

“Lekornu hökuməti – 2: Makroniya getdikcə daha çox təcrid olunur və tənəzzülə uğrayır. Yeni gələnlərə tövsiyəm: əşyalarınızı tez açmayın. Etimadsızlıq səsverməsi yaxınlaşır. Ondan sonra Makronun gedişi gələcək”, – o, "X" sosial şəbəkəsində yazıb.