Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb Dünya

Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb

Ermənistanda həbs olunan oliqarx Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb.

APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, yeni ittihamın mahiyyəti hələlik tam aydın deyil. Karapetyanın vəkili Aram Vardevanyan bildirib ki, yeni ittihamın iqtisadi xarakter daşıdığı məlumdur, lakin konkret hallar barədə heç bir məlumat yoxdur.

Müdafiə tərəfi eyni zamanda qeyd edir ki, istintaq hələ də məhkəmənin qərarına baxmayaraq, epizodlardan biri üzrə təqibi dayandırmayıb. Qeyd edək ki, daha əvvəl Karapetyana qarşı iki ittiham irəli sürülmüşdü – hakimiyyəti ələ keçirməyə açıq çağırış və çirkli pulların yuyulması.

Bildirilir ki, sentyabr ayında məhkəmə baş prokurorluğun vəsatətini rədd edərək, çirkli pulların yuyulması ilə bağlı əsaslı şübhələri təsdiqləməyib. Vəkillər də məhz buna diqqət çəkir və yeni ittihamı “qanunsuzluğun yeni zirvəsi” adlandırırlar.