Makron: Fransa suveren və azad Suriyanı dəstəkləməyə sadiqdir
FIFA Belçika Futbol Federasiyasının Folarin Baloqunla bağlı apellyasiya şikayətini təmin etməyib
“Qatar Airways”in təyyarəsi ehtiyat hava limanı kimi Bakıya eniş edib
İsrail Qəzzada HƏMAS-ın təlim bölüyünün komandirinin öldürüldüyünü açıqlayıb
13 Oktyabr 2025 11:47
3 675
Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatında 7-ci turun görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi bu turda Macarıstan komandasına 3:1 hesabı ilə qalib gəlib.
Eltac Səfərli Sanan Syuqirovu, Aydın Süleymanlı Benjamin Qleduranu məğlub edib. Müvafiq olaraq, Riçard Rapport və Peter Leko ilə qarşılaşan Şəhriyar Məmmədyarovla Rauf Məmmədov heç-heçəyə razılaşıblar.
Azərbaycan qadın yığması isə Gürcüstan seçməsinə 1,5:2,5 hesabı ilə uduzub. Gülnar Məmmədova Meri Arabidzeni üstələyib. Xanım Balacayeva Lela Cavakaşvili ilə heç-heçə oynayıb. Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva isə müvafiq olaraq, Nino Batsiaşvili və Bella Khotenaşviliyə məğlub olublar.
Qeyd edək ki, 7 turdan sonra kişilərdən ibarət Azərbaycan millisi 11 xalla 2-ci, qadınların yığması isə 8 xalla 10-cu pillədə qərarlaşıb.
6 İyul 21:42
812
6 İyul 21:36
861
6 İyul 20:26
847