

Polis səkilərdə avtomobillərin parklanması ilə bağlı çağırış edib
Mədəniyyət Nazirliyi Ənvər Həsənovun qəbirüstü abidəsinin hazırlanmasından imtina edib
Azərbaycan, Rusiya, İran və Hindistan gömrük əməkdaşlığına dair memorandum imzalaya bilər
Netanyahu Qəzza sammitində iştirak etmək üçün Misirə gedəcək
Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsində, Xankəndi şəhərində işğal dövründə İslam mədəniyyətinə aid olan bütün məscidlər, pirlər, qəbiristanlıqlar, muzeylər və abidələr dağıdılıb, hazırda onlardan bir iz belə qalmayıb. Bu, yalnız Azərbaycan xalqına deyil, bütövlükdə bəşər mədəniyyətinə qarşı bir təcavüzdür.
APA xəbər verir ki, bunu Xankəndi şəhərində Qarabağ Universitetində “Mənəvi dəyərlər həftəsi” çərçivəsində keçirilən tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov səsləndirilib.
E. Yusubov, həmçinin diqqətə çatdırıb ki, işğal dövründə ermənilər təkcə İslam abidələrini deyil, həm də Qafqaz Albaniyasına məxsus xristian məbədlərini saxtalaşdıraraq, onları erməni abidələri kimi təqdim etməyə cəhd göstəriblər.
Qeyd olunub ki, belə abidələrdən biri də Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər məbədi olub: "XIII əsrə aid bu alban monastırı XIX əsrə qədər Qafqaz Albaniyası Katolikosluğunun dini mərkəzi kimi fəaliyyət göstərib. İşğal dövründə abidənin memarlıq quruluşu, interyeri və yazıları ermənilər tərəfindən dəyişdirilib, alban yazıları silinib. Məqsəd isə tarixi saxtalaşdırmaq olub. Bu gün işğaldan azad edilmiş ərazilərdə məscidlər. mədəniyyət mərkəzləri, kilsələr yenidən bərpa edilir".