DİM sədri: İxtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil
TƏBİB: Bu il qripə qarşı peyvəndləmədə Niderland istehsalı vaksindən istifadə olunur
Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Emin Əmrullayev: Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur
13 Oktyabr 2025 10:44
2 205
“Brüssel dəstəklədiyi qruplaşmaların Gürcüstan Prezidentinin sarayına zorakı basqınını qınamayana və ondan kənarlaşmayana qədər ekstremizmin tərəfdarı olaraq qalacaq”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkə hesabında yazıb.
Spiker ötən gün də Brüssellə bağlı tənqidi rəy paylaşıb. O, Brüsseli Tbilisidə küçə müharibələrinin arxasında durmaqda ittiham edib.
“Bilmirəm Avropa İttifaqının paytaxtlarında “sülh layihə”sinin daha çox “müharibə layihəsi” olduğunu nə qədər dərk edirlər. Avropa İttifaqı liderləri bunu özləri müzakirə etməlidir. Lakin bir fakt var ki, Tbilisidəki küçə müharibələrinin arxasında Brüssel dayanır”, - Papuaşvili yazıb.
O, paylaşımına Macarıstanın Baş naziri Viktor Orbanın “Brüsselin müharibə planlarına qarşı imza toplamağa başlayırıq, biz hərəkətsiz qala bilmərik” bəyanatını əlavə edib.