

Tbilisidə Azərbaycan-Gürcüstan birgə gömrük məntəqəsinin inşası müzakirə olunub
Casusluq formasında dövlətə xəyanətdə ittiham olunan 4 nəfərin məhkəməsi başlayıb
“Bu, uzun müddətdir müzakirə olunan və gözlənilən məsələdir”
Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı təklif müzakirə olunmur - RƏSMİ
Böyük Britaniyada 3000-dən çox insan, talk əsaslı uşaq pudrasının tərkibində asbest olduğunu və xərçəngə səbəb olduğunu iddia edərək, Amerika əczaçılıq nəhəngi Johnson & Johnson (J&J)-a qarşı məhkəmə iddiası qaldırıb.
Xalqcebhesi.az BBC-yə istinadən xəbər verir ki, J&J hələ 1960-cı illərdə onun talk tozunun tərkibində tremolit və aktinolit, asbestin lifli formaları olduğunu bilirdi.
Bu məlumatlara baxmayaraq, şirkətin məhsul etiketlərində heç bir xəbərdarlıq etmədiyi, bunun əvəzinə "təmizlik və təhlükəsizliyi" vurğulayan aqressiv marketinq kampaniyaları apardığı iddia edilir.
1973-cü ildəki daxili yazışmalarda deyilir: "Bizim körpə tozumuz lif kimi təsnif edilə bilən talk hissəciklərini ehtiva edir."
Bildirilir ki, həmin il şirkət rəhbərləri asbest liflərinin talkdan ayrılması üsulunu patentləşdirməyi planlaşdırsalar da, “məsələnin gizli saxlanılmasının daha faydalı olacağı” fikrini bildiriblər. Bununla belə, J&J bu sənədlərin yanlış şərh edildiyini iddia edir və "Bizim məhsullarımızın heç birində asbest aşkar edilməyib; onların hamısı qanuni standartlara uyğundur" ifadəsi işlədilib.
Məryəm Quliyeva