Rusiya üzərində 77 Ukrayna PUA-sı vurulub Dünya

Rusiya üzərində 77 Ukrayna PUA-sı vurulub

Rusiya hava hücumundan müdafiə sistemləri bir gecə ərzində Rusiya bölgələri üzərində 47 Ukrayna pilotsuz uçuş aparatını (PUA) ələ keçirib məhv edib və bununla da bir gecə ərzində vurulan dronların ümumi sayı 77-yə çatıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Departamentin dəqiqləşdirdiyinə görə, 17 dekabr saat 23:00 ilə 18 dekabr saat 07:00 arasında növbətçi hava hücumundan müdafiə sistemləri təyyarə tipli pilotsuz uçuş aparatlarını ələ keçirərək məhv edib. Beləliklə, Bryansk bölgəsi üzərində 31, Qara dəniz üzərində 5, Krım və Belqorod bölgəsi üzərində 4, Rostov bölgəsi səmasında isə 3 PUA vurulub.

Ümumilikdə, saat 20:00-dan 07:00-a keçən gecə ərzində 77 Ukrayna dronu ələ keçirilib.

Məryəm Quliyeva