Tramp Venesuelaya ikinci zərbə endirilməsini istisna etməyib Dünya

Tramp Venesuelaya ikinci zərbə endirilməsini istisna etməyib

ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı ikinci zərbəni istisna etməyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerika lideri jurnalistlərlə söhbətində bildirib.

“Əgər Venesuela konstruktiv mövqe sərgiləsə, biz ikinci zərbə endirməyəcəyik”, — deyə ABŞ prezidenti bildirib.

Tramp həmçinin yenidən Karakasın ABŞ-dan neft oğurladığını iddia edərək, bunu “Amerika tarixində ən böyük oğurluq” adlandırıb.

“Onlar bizim mülkiyyətimizi oğurlayıblar. Bu, Amerika tarixində ən böyük oğurluq idi. Heç kim heç vaxt bizim mülkiyyətimizi onların etdiyi kimi oğurlamayıb. Onlar bizdən neftimizi alıblar”, — deyə Ağ Evin rəhbəri fikrini yekunlaşdırıb.

Məryəm Quliyeva