Azərbaycandakı diplomatik nümayəndəliklər üçün vergiylə əlaqədar yeni mexanizm təklif edilir
Vergi ödəyicisi könüllü şəkildə sadələşdirilmiş vergidən gəlir (mənfəət) vergisinə keçə biləcək
Maliyyə sanksiyası 10 iş günü ərzində ödənildikdə 10 faiz güzəşt tətbiq olunacaq
Vergi ödəyiciləri tərəfindən bəyannamələr yalnız elektron qaydada təqdim edilə biləcək
9 Fevral 10:54
2 961![]()
İsrail xüsusi təyinatlı dəstəsi Livan ərazisinə daxil olaraq “Kuvvat əl-Fəcr” silahlı qruplaşmasının — sünni “Əl-Cəmaa əl-İslamiyyə” təşkilatının silahlı qanadının komandirlərindən birini əsir götürüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə islamçı qruplaşmanın "X" platformasında yayılan bəyanatında bildirilib.
Qeyd olunur ki, əməliyyat bazar günündən bazar ertəsinə keçən gecə sərhəd bölgəsi olan Hasbaiya sektorundakı Əl-Xabbariya qəsəbəsində həyata keçirilib.
“İşğalçı qüvvələr hərbi nümayəndəmiz Ətvi Ətvinı evindən oğurlayaraq İsrail ərazisinə aparıblar”, — deyə bəyanatda qeyd edilib.
2024-cü ildəki münaqişə dövründə şiə “Hizbullah” hərəkatının müttəfiqi olmuş sünni təşkilat İsrail hərbçilərinin bu addımını pisləyib və hökuməti əsir götürülən bütün livanlı vətəndaşların azad olunmasına nail olmağa çağırıb.
Məryəm Quliyeva