ABŞ-nin Hindistandakı səfiri yeni dövlət katibi ola bilər Dünya

ABŞ-nin Hindistandakı səfiri yeni dövlət katibi ola bilər

ABŞ-nin Hindistandakı səfiri Serciyo Qor Marko Rubionun əvəzinə yeni dövlət katibi ola bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Washington Sun" (WS) nəşri on mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Prezident Donald Trampın ətrafı aralıq seçkilərində respublikaçıların məğlubiyyətindən sonra diplomatın namizədliyini mühüm vəzifələrə nəzərdən keçirir. Bundan əlavə, Qorun Süzan Uaylsın əvəzinə Ağ Evin aparat rəhbəri və ya Kristofer Landauun əvəzinə dövlət katibinin müavini postuna da ehtimal olunan namizədlər arasında adı çəkilir.

Dövlət Departamenti və Respublikaçılar Partiyasının nümayəndələrinin fikrincə, Rubio 2028 və ya 2032-ci il prezident seçkilərinə hazırlaşmaq üçün administrasiyanı tərk edə bilər. "WS" mənbələri Süzan Uaylsın da mövqeyini qeyri-sabit qiymətləndirirlər.

Serciyo Qor özü iş yerini dəyişmək planları barədə məlumatları təkzib edib. O, cənab Rubionu əvəzsiz adlandırıb və hazırkı vəzifəsindən tamamilə razı olduğunu əlavə edib. Ağ Ev və Dövlət Departamentində də bu məlumatı yalan adlandırıblar.

Ağ Evin Heyətlə İş üzrə İdarəsinin sabiq rəhbəri və Donald Trampın yaxın tərəfdaşı olan Serciyo Qor 2025-ci ildən Nyu-Dehlidə səfir vəzifəsini tutur. O, eyni zamanda ABŞ-nin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi kimi də fəaliyyət göstərir.

Məryəm Quliyeva