6 Avqust 14:47
Ali Məhkəmə: Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir
Paşinyan: Ermənistanın Aİİ-yə alternativ olaraq Aİ üzvlüyü variantı hazırda mövcud deyil
Paşinyan: Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır
Tailandda məktəbdə atışma olub, 7 nəfər ölüb, 15 nəfər yaralanıb
27 Fevral 10:18
4 116
Əfqanıstan Müdafiə Nazirliyi əvvəlki axşam Pakistan silahlı qüvvələrinə qarşı həyata keçirilmiş cavab hərbi əməliyyatının başa çatdığını bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsində yayımladığı bəyanatda bildirilir və qarşıya qoyulan tapşırıqların yerinə yetirildiyi vurğulanır.
“İslam Əmirliyinin silahlı qüvvələrinin Baş Qərargah rəisinin əmri ilə gecə yarısı döyüş əməliyyatları dayandırıldı”, – deyib.
Bəyanatda qeyd olunur ki, əməliyyat Pakistan hərbçilərinin hərəkətləri nəticəsində “Əfqanıstanın ərazi bütövlüyünün pozulmasına və qadınlar ilə uşaqların həlak olmasına” cavab olaraq keçirilib. Nazirliyin məlumatına görə, fevralın 26-sı yerli vaxtla saat 20:00-da (18:30) Əfqanıstan qüvvələri Pakistanla sərhəd boyunca (Durand xətti) – Paktika, Paktiya, Xost, Nanqarhar, Kunar və Nuristan vilayətlərini əhatə edən şərq və cənub-şərq istiqamətlərində hücuma başlayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, dörd saat davam edən döyüşlər zamanı Əfqanıstan qüvvələri Pakistanın iki hərbi bazasını və 19 postunu ələ keçirib. Daha dörd sərhəd postu pakistanlı hərbçilər tərəfindən tərk edilib. Əfqanıstan tərəfi 55 pakistanlı hərbçinin öldürüldüyünü, bir neçə əsir və texnikanın – o cümlədən tank, yüngül və ağır silahların – ələ keçirildiyini bildirib.
Əfqanıstan tərəfi 8 döyüşçüsünü itirdiyini, daha 11 nəfərin yaralandığını açıqlayıb. Bundan başqa, Pakistanın Nanqarhar vilayətində qaçqın düşərgəsinə raket zərbəsi nəticəsində daha 13 mülki şəxs yaralanıb.
Fevralın 26-sı Pakistan-Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb. Kabildə bildirilib ki, əməliyyat Pakistanın Əfqanıstan ərazisinə endirdiyi son hava zərbələrinə cavab olaraq aparılır. İslamabadda isə Pakistan silahlı qüvvələrinin əməliyyatları nəticəsində 130-dan çox əfqan hərbçisinin öldürüldüyü və Əfqanıstanın təxminən 80 hərbi texnikasının məhv edildiyi açıqlanıb.
Məryəm Quliyeva