“AzerGold”da kibertəhlükəsizlik üzrə növbəti təlim keçirilib - FOTO
Dövlət Departamenti: Gürcüstan Azərbaycanla Ermənistan arasındakı sülhdən faydalana bilər
Ceyhun Bayramov: Sabah Qətərdə qalan insanlarımız Ciddədən təxliyə ediləcək
Azərbaycan XİN: 50-dən çox ölkə vətəndaşlarının İrandan təxliyəsi üçün müraciət edib
11:24
1 372
İsrail rəhbərliyi Səudiyyə Ərəbistanının İrana qarşı mümkün hərbi əməliyyatlara qoşulacağını gözləyir. Lakin Ər-Riyad Tehran tərəfindən verilə biləcək cavab addımlarından ehtiyat edərək hələlik bu əməliyyata qoşulmağa tələsmir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrailin dövlət televiziya və radio korporasiyası "Kan"ın müxbiri Gili Koen İsrail hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Jurnalistin sözlərinə görə, İsrail tərəfi hesab edir ki, Səudiyyə Ərəbistanı İranın ölkənin suverenliyinə yönəlmiş addımlarına görə Tehrana qarşı tədbir görmək istəyir, lakin mümkün eskalasiyadan çəkinir.
“İsrail İrana qarşı Səudiyyə Ərəbistanından cavab addımları gözləyir. Lakin israilli rəsmilərin bildirdiyinə görə, Tehran tərəfindən səslənən təhdidlər səbəbindən Ər-Riyad hərəkətlərini ləngidir. İsrailin qiymətləndirməsinə görə, Səudiyyə Ərəbistanı suverenliyinə yönəlmiş addımlara görə İranı cəzalandırmaq istəyir”, – deyə Koen bildirib.
Məlumata görə, regionda gərginliyin artması fonunda tərəflərin mümkün addımları Yaxın Şərqdə vəziyyətin daha da kəskinləşməsi ehtimalını artırır.
Məryəm Quliyeva