BƏƏ: Hörmüz boğazı məsələsində İrana etibar etmək olmaz Gündəm

BƏƏ: Hörmüz boğazı məsələsində İrana etibar etmək olmaz

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) prezidentinin diplomatik müşaviri bəyan edib ki, Tehranın qonşularına qarşı törətdiyi "xain təcavüzdən" sonra Hörmüz boğazı ilə bağlı İran tərəfindən irəli sürülən heç bir birtərəfli razılaşmaya etibar edilə bilməz.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, özünün "X" sosial şəbəkəsində yazıb.

Ənvər Qarqaş sosial şəbəkədə yazıb ki, boğaz ətrafında davam edən müzakirələr İranın nəzarətinə və ya zəmanətlərinə deyil, kollektiv beynəlxalq iradəyə və beynəlxalq hüquqa əsaslanmalıdır.

"Hörmüz boğazı ətrafında gedən hazırkı müzakirələrdə bu həyati əhəmiyyətli keçiddə gəmiçilik azadlığının əsas təminatçısı qismində kollektiv beynəlxalq iradə və beynəlxalq hüquq normaları çıxış edir. Bu, müharibədən sonrakı dövrdə regionun sabitliyinə və dünya iqtisadiyyatının maraqlarına xidmət edir.

Təbiidir ki, bütün qonşularına qarşı həyata keçirdiyi amansız təcavüzdən sonra İranın hər hansı birtərəfli razılaşmalarına inanmaq və ya onlara arxalanmaq olmaz", — deyə Qarqaş bildirib.

Məryəm Quliyeva