BMT-nin rezident əlaqələndiricisi diplomatik korpusun Qarabağa səfərini faydalı hesab edir Siyasət

BMT-nin rezident əlaqələndiricisi diplomatik korpusun Qarabağa səfərini faydalı hesab edir

Bu, mənim Qarabağa ilk səfərimdir.

Bunu APA-ya açıqlamasında BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç deyib.

O, dəvət üçün Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

“Bizə sizin keçmişiniz, yaşadığınız çətinliklər və tarixiniz göstərilir. Bu, bizim işimiz üçün, yaşadığımız ölkəni və onun tarixini daha yaxşı tanımaq baxımından çox faydalıdır. Buna görə bu səfəri çox müsbət qiymətləndirirəm. Düşünürəm ki, bütün həmkarlarım da buna görə minnətdardır”, - Qarafuliç vurğulayıb.

Qeyd edək ki, bu gün başlayan səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialında və Xankəndidə Zəfər Parkında olublar.