15:13
959
İsrail dövləti şimal sərhəd rayonlarında tam təhlükəsizliyi təmin edənə qədər Livandakı şiə təşkilatı "Hizbullah"a zərbələr endirməkdə davam edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib.
O, bu açıqlamanı "X" platformasında "Hizbullah" lideri Naim Qasemin şəxsi katibi və qardaşı oğlu Əli Yusif Xarşinin Beyrutda zərərsizləşdirilməsini şərh edərkən paylaşıb. Netanyahu həmçinin qeyd edib ki, İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın infrastrukturuna hücumları davam etdirir, xüsusilə son vaxtlar oradakı körpülərə və hərbi obyektlərə yeni zərbələr endirilib.
"Biz 'Hizbullah'a güclü, dəqiq və qətiyyətlə hücum etməyə davam edirik. Mesajımız aydındır: İsrailin dinc sakinlərinə qarşı hərəkət edən hər kəs zərbə alacaq. Şimal sakinlərinin tam təhlükəsizliyini bərpa edənədək, harada lazımdırsa, 'Hizbullah'ı vurmağa davam edəcəyik", — deyə Netanyahu vurğulayıb.
Məryəm Quliyeva