Putin və Pezeşqian İslamabad danışıqlarını müzakirə ediblər Dünya

Putin və Pezeşqian İslamabad danışıqlarını müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşqian ilə telefon danışığı aparıb və tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Məlumata görə, Pezeşqian söhbət zamanı 11 apreldə İslamabadda keçirilən İran-ABŞ danışıqlarına dair öz qiymətləndirməsini bölüşüb.

Öz növbəsində Putin Rusiyanın münaqişənin siyasi-diplomatik yolla həllinə kömək etməyə, habelə Yaxın Şərqdə ədalətli və uzunmüddətli sülhün bərqərar olması üçün vasitəçilik səyləri göstərməyə hazır olduğunu ifadə edib.

Tərəflər həmçinin mehriban qonşuluq münasibətlərinə əsaslanan Rusiya-İran əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində qarşılıqlı niyyətlərini təsdiqləyiblər.

Məryəm Quliyeva