CENTCOM İran limanlarının uğurla blokadaya alındığını elan edib Gündəm

CENTCOM İran limanlarının uğurla blokadaya alındığını elan edib

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper iddia edir ki, Amerika hərbçiləri İran limanlarını uğurla blokadaya almağa nail olublar.

Xalqcebhesi.az xəbər verir ki, müvafiq bəyanat komandanlığın rəsmi "X" səhifəsində yerləşdirilib.

"İran limanlarının blokadası uğurla təmin edilib, çünki Amerika silahlı qüvvələri Yaxın Şərqdə dəniz üstünlüyünə nail olub", — deyə admiral bildirib.

Onun sözlərinə görə, ABŞ son 36 saat ərzində İranın dəniz ticarətini dayandırmağa müvəffəq olub.

Məryəm Quliyeva