İsrail rəsmiləri ABŞ-ın yeni mövqeyindən narahatdır
18 Aprel 13:08
18 Aprel 13:08
18 Aprel 13:02
16 Aprel 16:57
1 687
Birləşmiş Ştatlar İran limanlarının və sahil xəttinin blokadası çərçivəsində açıq dənizdə İran gəmilərini, o cümlədən tankerləri ələ keçirmək niyyətindədir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə mətbuat konfransında ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn bildirib.
"Bu blokada milli mənsubiyyətindən asılı olmayaraq, İran limanlarına gedən və ya oradan gələn bütün gəmilərə şamil edilir. ABŞ-ın hərəkətləri Hörmüz boğazının deyil, İran limanlarının və sahil xəttinin blokadasını təşkil edir. Bu, İranın ərazi sularında və beynəlxalq sularda həyata keçiriləcək", — deyə Keyn bildirib.
O əlavə edib ki, bu blokada ilə yanaşı, birləşmiş qüvvələr İran bayrağı altında üzən və ya İrana maddi dəstək verməyə çalışan hər hansı bir gəmini aktiv şəkildə təqib edəcək. "Bura İran neftini daşıyan 'kölgə donanması' gəmiləri də daxildir", — deyə o vurğulayıb.
Məryəm Quliyeva
18 Aprel 13:08
2 646
18 Aprel 13:03
2 506
18 Aprel 13:02
2 688