ABŞ İranın şimal-şərqindəki iki dəmir yolu körpüsünə zərbə endirib
İran ABŞ-nin Küveyt, Qətər və Bəhreyndəki hərbi obyektlərinə zərbə endirib
Mərkəzi Bank: Geosiyasi gərginliyə baxmayaraq, Azərbaycanın xarici mövqeyi əlverişli olaraq qalır
Xarici İşlər Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib - FOTO
16 Aprel 16:06
2 562
Zəngəzur dəhlizinin mühüm həlqəsi olan Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisinin 75%-i tamamlanıb.
APA-nın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın 24-cü iclasında bildirib.
O qeyd edib ki, Horadiz–Ağbənd dəmir yolu xəttində tikinti işlərinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.
“Hazırda layihənin həyata keçirilmə səviyyəsi təxminən 75%-dir. Əsas tikinti işləri artıq yerinə yetirilib”, - Şahin Mustafayev əlavə edib.