ABŞ İranın şimal-şərqindəki iki dəmir yolu körpüsünə zərbə endirib
İran ABŞ-nin Küveyt, Qətər və Bəhreyndəki hərbi obyektlərinə zərbə endirib
Mərkəzi Bank: Geosiyasi gərginliyə baxmayaraq, Azərbaycanın xarici mövqeyi əlverişli olaraq qalır
Xarici İşlər Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib - FOTO
16 Aprel 16:26
2 933
Cari ilin mart ayında Niderland Krallığından 960 ABŞ dollar dəyərində qızıl gül idxal edilib.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsi bildirilib.
Qeyd olunub ki, “Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası”nın 3.3-cü bəndinə əsasən idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızıl güllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb.
Qeyd edək ki, bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757.48 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən bu dövrdə Ermənistandan Azərbaycana idxal olunan məhsulların dəyəri isə 960 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycandan Ermənistana ötən ildən neft məhsullarının göndərilməsinə başlanılıb.