"Trampdan gözlənilmız  addımlar  görürük" Dünya

"Trampdan gözlənilmız  addımlar  görürük"

Donald Trampdan gözlənilmız addımlar görürük, bəzən siyasi-diplomatik leksiona uyğun gəlməyən ifadələr eşidirik. O baxımdan ABŞ prezidentinin Roma Papası haqqında sərt ifadələr işlətməsi təəccüblü qarşılanmır.

Bunu siyasi şərhçi Əkrəm Bəydəmirli Trampla Papa arasında baş verən qalmaqala münasibətində deyib.

"Düşünmək olar ki, bəzən siyasi gedişlər, davranışlar tragikomediya elementləri ilə yüklənir. Ümumiyyətlə, beynəlxalq münasibətlərdə, hüquqda dərinləşən çatlar siyasi mədəniyyətin tənəzzülünü sürətləndirir. Amma belə xoşagəlməyən tendensiyalar uzun müddət davam edə bilməyəcək. Təbii ki, ciddi siyasətlə məşğul olan və beynəlxalq münasibətlərin mahiyyətini dərk edən şəxslər məsuliyyətlərini dərk edəcəklər” - politoloq deyib.

Cavid