17 Aprel 14:57
4 823![]()
Suriya Prezidenti Əhməd əş-Şaraa ölkənin şimal-şərqində dislokasiya olunmuş sonuncu xarici hərbi qüvvələrin ərazidən çıxarıldığını bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, onun sözlərindən "Clash Report" sitat gətirir:
"Dünən Suriya ərazilərini sonuncu Amerika avtomobili və ya yük maşını tərk etdi. Orada eyni vaxtda britaniyalıların, amerikalıların, fransızların və rusların olduğu bir neçə baza var idi. Beləliklə, Suriyanın şimal-şərqində artıq xarici bazalar mövcud deyil", — deyə Suriya lideri qeyd edib.
Məryəm Quliyeva