Bakı-Hövsan marşrutu üzrə qatarların alışı başlayıb İqtisadiyyat

Bakı-Hövsan marşrutu üzrə qatarların alışı başlayıb

"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Hövsan marşrutu üzrə layihələndirmə və qatarların alışı işlərinə başlayıb.

“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kürdəmir stansiyasının yenidən qurulmasından sonra sərnişinlərin istifadəsinə verilməsi nə həsr olunmuş tədbir çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

Onun sözlərinə görə, qeyd olunan istiqamət üzrə mövcud stansiyaların bərpası, dəmir yolunun təmiri və qatarların alınması planlaşdırılır.

Azər Fərəcov onun da qeyd edib ki, dövlət proqramında sözü gedən işlərin 2030-cü ilə kimi bitirilməsi planlaşdırılır: "2027-2028-ci illərdə bu işlərin bitəcəyini gözləyirik".