11:20
1 246
ABŞ və İran arasında razılaşma yaxın vaxtlarda əldə oluna bilər, danışıqlar artıq yekun mərhələdədir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Pakistanın təhlükəsizlik sahəsindəki mənbəsinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, tərəflər "pərdəarxası diplomatiya" çərçivəsində irəliləyişə nail olublar və gözlənilən görüş qarşılıqlı anlaşma memorandumunun imzalanması ilə nəticələnə bilər. Bundan sonra 60 gün ərzində tammiqyaslı sazişin bağlanacağı gözlənilir. Agentlik bildirir ki, tərəflər artıq prinsipial razılıqlar əldə ediblər, texniki detallar isə daha sonra razılaşdırılacaq.
Diplomatik dairələrdəki mənbə "Reuters"ə bildirib ki, vasitəçilikdə əsas rolu Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munir oynayır. O, həftənin ortalarından bəri Tehranda danışıqlar aparır və bir sıra mürəkkəb məsələlərdə irəliləyişə nail ola bilib.
Məryəm Quliyeva