12:42
630
İlon Mask bəyan edib ki, ABŞ hökuməti tərəfindən vətəndaşlara pul paylanması "hamı üçün yüksək gəlir" təmin edə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
"Federal hökumət tərəfindən ödənilən çeklər şəklində universal yüksək gəlir— süni intellektin (Sİ) yaratdığı işsizliklə mübarizə aparmağın ən yaxşı yoludur. Sİ/robototexnika pul kütləsinin artımını əhəmiyyətli dərəcədə üstələyən həcmdə mal və xidmətlər istehsal edəcək, buna görə də inflyasiya olmayacaq", — deyə o qeyd edib.
Məryəm Quliyeva