İsrail-Fələstin münaqişəsinin həlli üçün itirilən fürsət Dünya

İsrail-Fələstin münaqişəsinin həlli üçün itirilən fürsət

Səudiyyəlilər Trampın cızdığı planda hansı roldadır?
Altı günlük müharibədən 50 il ötüb – 1967-ci il iyunundakı münaqişə, hər hansı digər bir hadisə kimi, İsrail-Fələstin ziddiyyətini təyin etməyə davam edir. Döyüş başa çatdıqdan sonra İsrail bütün Qərb Sahili, Qəzza və Qüds, Sina yarımadası, eləcə də Colan Təpələrinə nəzarət edirdi. Artıq dünya bu hərbi nəticəni müvəqqəti olaraq görür. BMT Təhlükəsizlik Şurasının 242 saylı qətnaməsi, vətəndaşlığı olmayan fələstinlilərin probleminə diplomatik həll olmaq niyyəti ilə, müharibənin bitməsindən beş ay sonra qəbul olunub. Lakin tez-tez olduğu kimi, müvəqqəti olaraq bilinən şey hələ də davam edir.
"Strateq" "Project Syndicate"yə istinadən yazır ki, prezident Donald Trampın bu yaxınlarda Qüdsü İsrailin paytaxtı kimi tanıması da bu kontekstə daxildir. Tramp ABŞ-ın "İsrailin suverenliyinin konkret sərhədləri" daxil olmaqla, Qüdsün son statusuna dair mövqe tutmadığını ifadə edib. O, hər iki tərəfin razılığa gəldiyi təqdirdə, ABŞ-ın iki dövlətli həlli dəstəklənəcəyini açıqlayıb; Qüdsdə konsulluğunun mövcudluğuna baxmayaraq, ABŞ səfirliyini Tel Əvivdən köçürmək qərarını bildirib.
Trampın ABŞ-ın siyasətini dəyişdirmək cəhdi – yeniliklərin az olduğunu iddia edərək – mübahisə doğurub. İsraillilərin əksəriyyəti ABŞ-ın yeni mövqeyindən məmnundur, ərəb dünyasında və ondan xaricdəki digər əksəriyyət incikdir. Bu jesti Trampın niyə məhz indi etməsi məchuldur. Prezident bunun sadəcə reallığın tanınması olduğuna və sələflərinin siyasətindəki uğursuzluğun ucbatından diplomatik mənfəətin əldə edilmədiyinə əsaslandı. Bu həqiqətdir, hərgah on illiklər ərzində diplomatiyanın uğursuzluğunun səbəbi ABŞ-ın Qüdsə dair siyasəti, israillilər və fələstinlilər arasında bölünmələrə və hər iki tərəf arasındakı boşluqlarla bağlı deyil.
Digərləri Trampın bəyanatını Amerikadaxili siyasətlə əlaqələndirir. Bu qənaət onunla təsdiqlənir ki, ABŞ-ın birtərəfli bəyanatı İsraildən heç nə tələb etmir (məsələn, yaşayış yerlərinin tikintisini dayandırmaq) və ya fələstinlilərə (məsələn, onların Qüdsə olan iddiasını dəstəkləmək) heç nə vəd etmir. Qərar müəyyən şiddətə gətirib çıxarıb və yaranmış böhran daha çox itirilmiş bir fürsət kimi görünür. Bu bəyanatı yalnız mübahisəli deyil, onu həm də potensial olaraq səmərəsiz edən budur ki, Tramp administrasiyası ilk ilinin böyük hissəsini İsrail-Fələstin münaqişəsini həll etmək planına həsr edib. Məlum bəyanat bu planın onsuz da məhdud perspektivlərini daha da zəiflədə bilər.
Tramp administrasiyası sülh prosesində Səudiyyə Ərəbistanına əsas rol vermək istəyir. Bu yanaşma ona əsaslanır ki, Səudiyyə Ərəbistanı və digər ərəb hökumətləri, İsraillə əlaqəsi olan istənilən bir şeylə müqayisədə, İranın doğurduğu təhlükə ilə daha çox maraqlanırlar. Nəticədə, onların İrana dair fikirlərini bölüşən ölkəyə – İsrailə qarşı uzun müddətli düşmənçiliyi aradan qaldırmağa hazır olduqları ehtimal olunur.
İsrail-Fələstin məsələsində irəliləyiş ərəb dünyasında bunları etməyə imkan verəcək bir siyasi kontekst yaratdı. Tramp administrasiyasında ümidlər ona əsaslanır ki, səudilərin maliyyə resursları sayəsində fələstinlilər, İsrailin "bəli" deyəcəyi şərtlərlə, İsraillə sülhün bərqərar olmasına razılıq verəcəklər. Məsələ ondan ibarətdir ki, İsrail hökumətinin razılığa gəlməsi mümkün olan yeganə plan fələstinlilərə tarixən tələb etdiklərindən daha az şey təklif edir. Əgər belədirsə, bu plana imza atmaqla, Fələstin liderləri öz xalqına xəyanət etmiş olur, HƏMAS və digər radikal qrupların təhdidi qarşısında aciz qalırlar.
Səudlar da həmin planla əlaqədə istəksiz ola bilər. Bu, satqınlıq hesab ediləcək. Vəliəhd-şahzadə Məhəmməd bin Salman başda olmaqla, yeni Səudiyyə rəhbərliyi qarşısında başlıca prioritet hakimiyyətin möhkəmləndirilməsidir, padşahlıqda korrupsiyaya qarşı mübarizə aparmaq və milliyyətçi, anti-İran xarici siyasəti həyata keçirməklə, şahzadə məhz bunu edir. Amma heç bir taktika plana tam uyğun getmir. Korrupsiya əleyhinə səylər, bu günə qədər populyar olsa da, cinayətkarların seçmə qaydada ittiham edilməsi ilə (bu islahatdan daha çox daxili rəqabətə işarə edir), eləcə də vəliəhd-şahzadənin öz həyat tərzinə dair məlumatlarla pozula bilər.
Anti-İran səyləri də Yəməndə qeyri-populyar müharibə, Livanda və Qətərdəki diplomatik xəcalətlərdən ayrılmazdır. Eyni zamanda, ölkəni islah etmək üçün iddialı planları dizayn etmək həyata keçirməkdən daha asandır və şübhəsiz, daha mühafizəkar elementləri ondan uzaqlaşdırır. Tramp və ABŞ-ın bu sahədə siyasətini yürüdən kürəkəni Cred Kuşnerin problemi budur ki, səudilər Ağ Evin güman etdiyindən daha az diplomatik tərəfdaş olduqlarını sübut edə bilərlər. Yeni vəliəhd-şahzadəsi özünün daxili siyasi vəziyyətindən narahat olduqda, o hətta minimal Fələstin tələblərini (o cümlədən Fələstin dövlətinin yaradılmasını) təmin etmək istəməyən İsrailə çox yaxın olan Amerika prezidenti ilə çiyin-çiyinə dayanmaqdan çəkinəcək. Bütün bunlar bizi yenidən Qüds məsələsinə qaytarır. Tramp iddia edirdi ki, şəhərin İsrailin paytaxtı kimi tanınması "sülh prosesini və sülh razılaşması istiqamətində uzun zamandır ləngiyən addım"dır. İndi daha aydın görünür ki, Trampın hərəkətləri yalnız bunun əks nəticəsini verəcək.